FaktXeber.com-un verdiyi məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,66 dollar və ya 1,7% artaraq 1 barelə görə 101,34 dollar təşkil edib.
ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,31 dollar və ya 0,3 artaraq 109,27 dollar təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzərTAc-a bildiriblər ki, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 111,06 dollara satılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.