RUHANİ ABGÜL SÜLEYMANOVUN HƏBS MÜDDƏTİ 3 AY UZADILIB
Bu gün ruhani Abgül Süleymanovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirirlib
27-12-2011 / 18:45
Hakim Abid Abdinbəyovun sədrliyi ilə Səbail rayon məhkəməsində keçirilən məhkəmə prosesində Abgül Süleymanovun həbs müddəti 3 ay uzadılıb. Bu barədə FaktXeber.com-a Abgül Süleymanovun vəkili Anar Qasımlı məlumat verib.
Qeyd edək ki, 2011-ci ilin avqust ayında həbs olunan ruhani Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham verilib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) günahlandırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.