"İndi nisbətən azadıq, hava var, boğulmuruq, amma çürümək təhlükəsi də var"
27-12-2011 / 18:04
FaktXeber.com-un büdəfəki müsahibi sevilən şair, ssenarist Ramiz Rövşəndir. Onunla müsahibəmiz Azərbaycan ədəbiyyatının və mədəniyyətinin bugünkü durumu ilə bağlıdır.
- Ramiz bəy, siz bu gün Azərbaycanda bütün dövrlərdə öz müasirliyini qoruyan tək-tək şairlərdən birisiniz. Bir çox forumlarda, sizin şerlərinizdən sitatlar gətirilir, müzakirələr aparılır. Bəs görəsən bu qədər sevilməyinizin əsas səbəbi nədədir? - Görünür, əsas məsələ səmimiyyətdədir. Məşhur rus şairəsi Anna Axmatova deyirdi: «Əsl şer odur ki, onu oxuyanda sənə elə gəlir o şer lap elə sənin dilinin ucundaymış». Yəni, şair sənin bildiyini, amma deyə bilmədiyini yazıb.
Əslində, bu duyğu aldadıcıdır və belə düşünən oxucu bəlkə yüz il yaşasa da, ona doğma və tanış gələn o şeirdəki fikri, hissi ifadə eliyə bilməz. Amma məsələ burasındadır ki, şair əgər şeirlərində daha çox özüdürsə onun şeirlərində özlərini tapan oxucular da daha çox olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.