FaktXeber.com xəbər verir ki, Azərbaycanda da əksəriyyət gənclərin istifadə etdiyi qəlyan əslində yoluxucu xəstəliklərə və xərçəngə səbəb olur. Aparılan araşdırmalara zamanı məlum olub ki, son zamanlar xəstəxanalara zəhərlənmədən müraciət edən xəstələrin əksəriyyəti qəlyandan zəhərlənib.
Xüsusilə Orta Şərq ölkələrində aparılan araşdırmalardan əldə olunan məlumatlara görə qəlyanın aşağıdakı zərələri var
"BİTKİ MƏNŞƏLİDİR" UYDURMASI
Qəlyanın tüstüsündə yüksək miqdarda nikotin, qətran, dəm qazı zəhərlənmələrinə səbəb olan karbonmonoksit, ağır metallar və xərçəng yaradan maddələr var. Qəlyan çəkən insanların nikotin səviyyələri, siqaret çəkənlərin qandakı nikotin səviyyəsinə nisbət daha yüksəkdir. Qəlyan çəkənlərin nəfəslərindəki karbonmonoksit səviyyəsidə çoxdur. "Bitki mənşəli" tütünsüz qəlyan ilə siqaret arasında heç bir fərq yoxdur.
Bundan əlavə Almaniyanın Heidelberg şəhərindəki Toraxklinikum adlı klinika tərəfindən aparılan araşdırmada, 12-15 yaşlarındakı hər 4 uşaqdan 1-nin sulu qəlyan çəkdiyi müəyyən olunub. Araşdırmaya qatılan bəzi uşaqlar həftədə ən azı 3 dəfə sulu qəlyan çəkdiklərini söyləyib. Mütəxəssislər siqaretdən yüksək nikotin ehtiva edən sulu qəlyan çəkməyin siqaret kimi asılılıq yaratma və xəstəliyə səbəb olma təhlükəsi yaratdığını, xrom, kobalt, qurğuşun, nikel və hüceyrələr üçün zəhərli olan akrolein maddəsinin, siqaretdəkindən daha çox olduğu vurğulayıb.
QƏLYAN HARDAN GƏLİR?
Qəlyan - Orta Şərq və Cənub Asiyaya xas ənənəvi tütün çəkmə vasitəsidir. İstifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. Qəlyanın içim şəkli və forması yüzlərlə il keçdikdən sonra daha da formlaşmışdır. Bu istifadə ənənəsi ilə sadə bir alətdən daha çoxunu ifadə edir, hətta şərq mədəniyyətinin bir parçası halına gəlmişdir.
Qəlyan təməl olaraq 4 hissədən əmələ gələr:
Sər: Qəlyanın uzun gövdəsi. Boyun qisimi dar olmaqla birlikdə qarın qisiminə enildikcə diametri genişləyən, quruluş olaraq dolçaya bənzəyən bir parçadır. Şüşə, metal və dulusçuluqdan edilir. Lülə: Ən üstdə olan, təmbəkinin qoyulduğu dəlikli tabaq. Gümüş, düyü ya da misdən edilmiş, oymalarla bəzəkli bir mühafizə ilə çevrilidir, üzərinə köz qoyularaq lazımlı istilik təmin edilir. Marpuç: Tüstünü şüşədən alan və ağıza çatdıran hissədir. Bu hissədə istifadə edilən xortum qoyun dərisindən edilir. Şüşə: İçində tüstünü filtr edən suyun olduğu və pıqqıldamaların gəldiyi hissə. Sipsi: Marpuçun ucuna ilişən, tüstünün içindən çəkildiyi kiçik ağızlıq. Əsasən kəhrəbadan edilir, lakin artıq xərc səbəbiylə və gigiyenik baxımdan ümumiyyətlə plastik olanları istifadə edilir. Mərmər ya da gümüş olanları da mövcuddur. Nimçə və küləklik: Nimçə közdən düşən külləri toplayır, küləklik isə közün sönməməsi üçün istifadə edilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.