ƏFQANLAR ÇİN VƏ İRANLA NEFT MÜQAVİLƏSİ BAĞLADIRLAR
Əfqanıstan hökuməti Çinin China National Petroleum Corporation (CNPC) dövlət şirkəti ilə irihəcmli neft müqaviləsi bağlayıb
27-12-2011 / 15:54
FaktXeber.com-un verdiyi məlumata görə, Əfqanıstan hökuməti Çinin China National Petroleum Corporation (CNPC) dövlət şirkəti ilə irihəcmli neft müqaviləsi bağlayıb. CNPC son on ildə ölkə yataqlarının satışa qoyulduğu tenderdə ilk dəfə ən uyğun təklifi irəli sürüb.
CNPC Əfqanıstanın Watan Group şirkəti ilə birgə üç yataq üzərində işlər aparacaqlar. Qazma işləri ölkənin şimalındakı Sari-Pul və Faryab vilayətindəki Amudərya çayında aparılacaq. CNPC-nin işlədiyi regionda neft ehtiyatları 87 milyon barrel həcmində dəyərləndirilir.
Bundan əlavə Əfqanıstan dünən İranla milyon ton benzin, dizel yanacağı və aviasiya yanacağı ilə əlaqədar saziş imzalayıb.
Qeyd edək ki, Amerikanın Energetika Nazirliyi Əfqanıstanın neft ehtiyatlarının 2 milyard barreldən artıq olmadığını bildirir. Ancaq buna baxmayaraq, bu yaxınlarda tapılan yataqda 1.8 milyard barrel neft olduğu məlum olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.