Dünya yeni kataklizm və fəlakətlərə hazır deyil. Çünki varlı ölkələr Mərkəzi Fövqəladə Hallar Fonduna (Central Emergency Response Fund, CERF) kifayət qədər ödəniş etmirlər. FaktXeber.com-un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın beynəlxalq inkişaf naziri Endryu Mitçel açıqlama verib.
Mitçelin sözlərinə görə, Böyük Britaniya 2012-ci ildə fonda ümumilikdə 60 milyon funt (93.7 nilyon dollar) köçürəcək, amma buna baxmayaraq, fondda hələ də 45 milyon funt (70 milyon dollar) kəsir gözlənilir. Nazir bildirib ki, ölkələr ayılmalıdır, əks halda böhran təbii fəlakətlərin qarşısının alınmasında aciz qalacaqlar.
CERF-in hesabatlarına görə, Britaniya ilə birlikdə fondun əsas donorları İsveç, Norveç və Hollandiyadır. Onlar 2012-ci ildə fonda müvafiq olaraq 71, 60 və 53 milyon dollar ödəyəcəklər. ABŞ isə 2012-ci ildə fonda sadəcə 5 milyon dollar köçürə biləcəyini açıqlayıb. Fondan həmçinin o da bildirilib ki, Birləşmiş Ştatlar bu fonda hər ilə pul köçürmür.
Xatırladaq ki, Mərkəzi Fövqəladə Hallar Fondu 2004-cü ildə Hind okeanındakı dağıdıcı sunamidən sonra BMT tərəfindən yaradılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.