Sahildəki süni adalardakı şəhər iki ilə hazır olacaq
27-12-2011 / 12:37
Azərbaycanda ilk dəfə süni adaların üzərində şəhər salınır. Qırx süni adanın üzərində müasir şəhərsalma tələblərinə cavab verən “Khazar İslands” layihəsinin birinci mərhələsi üzərində ciddi iş aparılır.
Layihə ilə bağlı tikinti 2010-cu ilin sentyabrında başlanıb. Buradakı tikililər 600 min sakinə hesablanıb. “Khazar İslands” Bakı şəhərindən 28 km məsafədə, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşir. Tikinti işləri “Avesta” Konserni tərəfindən aparılır. Burada beynəlxalq standartlara cavab verəcək yaşayış binaları, ofislər, ticarət-əyləncə mərkəzləri, bir sözlə, insanın ehtiyacını təmin edəcək bütün şəraitlər təklif olunur.
Hazırda 11 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə davam etməkdədir. Tikintinin birinci mərhələsinin başa çatması 2013-cü ilin sonuna planlaşdırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.