"FUKUSİMA" RƏHBƏRLİYİ HÖKUMƏTDƏN DAHA 9 MİLYARD DOLLAR İSTƏDİ
27-12-2011 / 11:45
FaktXeber.com-un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu gün "Fukusima-1" AES-in operatoru Tepco şirkəti kompensasiyaların verilməsi üçün hökumətdən daha 8.85 milyard dollar istəyib. Bu yardım istəyi ilə artıq məbləğ 20 milyard olub. Çünki noyabr ayında Yaponiya hökuməti Tepcoya 11.5 milyard dollar verdiyini açıqlamışdı.
Tepco açıqlama verib ki, bu məbləğ radiasiyadan zərər çəkmiş mülki vətəndaşlara veriləcək kompensasiyanın hesablanması zamanı artıb.
Yaponiya hökumətinin Tepconun istəyinə 2012-ci ilin yanvarında baxacağı bildirilir. Çünki bu məsələ ilə bağlı qərarı ticarət, iqtisadiyyat və sənaye naziri Yukio Edano verməlidir.
Hökumət komissiyasının hesablamalarına görə, Tepconun kompensasiyalarının həcmi 57 milyard dollara qalxa bilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.