FaktXeber.com xəbər verir ki, Azərbaycan Daxili Qoşunların əsgəri güllələnib. Hadisə Daxili Qoşunların “NZS” qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Yevlax Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, əsgər, Kənan Novruz oğlu Namazov hərbi hissənin giziri Hikmət Əzizov tərəfindən güllələnib. Nəticədə əsgər aldığı xəsarətdən dünyasını dəyişib.
Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova APA-ya açıqlamasında faktı təsdiqləyərək bildirib ki, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.