Həsənov Yalçın Rəşid oğlu narkotik vasitə olan "ekstazi"nin dövriyyəsinə görə tutulmuşdu
26-12-2011 / 19:49
Prezidentin bu gün imzaladığı əfv fərmanı ilə Azərbaycanın keçmiş Ədliyyə naziri Südabə Həsənovanın qardaşı oğlu, eyni zamanda Əzizbəyov rayonun sabiq prokuroru Rəşid Həsənovun oğlu da azad edilib.
FaktXeber.com-un verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Həsənov Yalçın Rəşid oğlu keçmiş nazirin qardaşı oğludur. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 17 aprel tarixli hökmü ilə məhkum edilib. Əfv olunan Həsənov Yalçın narkotik vasitə olan “ekstazi”nin Azərbaycana gətirilməsi və dövriyyəsinə görə tutulmuşdu.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.