Çin saatda 500 kilometrdən artıq gedəcək yeni qatarı "Qılınc"ın istehsalını başa çatdırıb
26-12-2011 / 18:26
FaktXeber.com-un "Xinxua" agentliyinə istinadən verdiyi məlumata görə, Çinin şimalındakı Çindao liman şəhərlərində kənardan qılıncı xatırladan qatarı ictimaiyyətə nümayiş etdirib.
Sürətlə bərabər texnoloji təchizatı və sərnişin tutumundakı artımı ilə də diqqət çəkən "Qılınc"ın bir neçə aya test səfərlərinə başlayacağı bildirilir.
Çində hazırda dəmiryolu nəqliyyatında istifadə edilən ən sürətli nəqliyyat Pekin-Şanxay arasında işləyən "Gaotie" adlandırılan qatardır.
"Gaotie" qatarları saatda 486 kilometr sürətlə gedir.
Çində 90 min kilometrlik ümumi dəmiryolu uzunluğunun, 2020-ci ildə yeni açılacaq xəttlərlə 100 min kilometrə çatacağı bildirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.