"Tariximiz, torpaqlarımız, taleyimiz ilə bağlı məsələ müzakirə olunursa, Azərbaycan burada söz sahibidir . Rəsmi Bakı qəti şəkildə mövqeyini ortaya qoymalı, həmçinin Fransanın nüfuzundan, başqa təsir qüvvələrindən çəkinməməlidir"
26-12-2011 / 16:47
Fransa Parlamentinin öz ölkəsində erməni soyqırımını inkar edənlərə qarşı cəza tətbiq olunması barədə qanun layihəsinin təsdiqlənməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq vasitəçilik missiyasını təhlükədə qoyub. Belə ki, rəsmi Ankara Fransa MQ –nın həmsədrlərinin uzaqlaşdırılması üçün ATƏT-in Vyanadakı mənzil qərargahında artıq fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq Azərbaycan tərəfi çətin seçim qarşısında qalıb.
Bəs görəsən, rəsmi Bakı Türkiyənin dəstəkləyərək Fransanın həmsədrliyindən imtina edə biləcəkmi?
Mövzu ilə əlaqədar olaraq Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya müraciət etdik. O, Azərbaycanın buna nail olacağını düşündüyünü bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.