Belçika, Hollandiya, Fransa və Almaniyadan dünən müşahidə edilən işıq kütləsinin "Soyuz" raketinin parçası olduğu açıqlanıb
26-12-2011 / 14:03
FaktXeber.com-un verdiyi məlumata görə, Avropada dünən axşam saatlarında bir çox ölkədən səmada görünən sirli parlaq işığa, düşən "Soyuz" raketinin atmosferə girən dağıntı parçasının səbəb olduğu bildirildi.
Belçika Kral Rəsədxanadan verilən açıqlamada, dünən yerli vaxtla saat 17.30 radələrində Belçika, Hollandiya, Fransa və Almaniyada müşahidə edilən işıq kütləsinin "Soyuz" raketinin son parçasının atmosferə girməsindən yarandığı qeyd edilib.
30 saniyə davam edən işıq selinin görüntülərinin internetə yerləşdirilməsindən sonra, xüsusilə Almaniyada rəsədxanaların telefonları susmayıb.
Belçika rəsədxanasının bu gün parlaq işıq selinin cümə günü atılan Rusiya kosmik gəmisinin parçası olduğunu təsdiqləməsindən sonra avropalılar rahat nəfəs alıblar.
Qeyd edək ki, Rusiyalı səlahiyyətlilər hərbi və mülki məqsədli peyki daşıyan "Soyuz-2.1 B" raketinin atıldıqdan bir neçə dəqiqə sonra Sibirdə düşdüyünü açıqlamışdılar.
Səlahiyyətlilər həmçinin peykin 50 santimetr böyüklüyündə olan parçanın "Kosmonavtlar" prospektindəki bir evin damına düşdüyünü də bildirmişdilər.
Belçika mətbuatı Yerə düşməsi gözlənilən başqa bir Rusiya peykinin də yaxın həftələrdə Avropada yerə düşəcəyini iddia ediblər. Rusiya tərəfi bununla bağlı heç bir açıqlama verməyiblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.