Artıq CDMA stansiyasının tutumu 20 min nömrəyə çatdırılıb
26-12-2011 / 12:36
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakı şəhərində CDMA simsiz rabitə xidmətinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi olaraq Binəqədi rayonu 9-cu mikrorayon ərazisində tikdiyi yeni baza stansiyasını istifadəyə verib.
Artıq CDMA stansiyasının tutumu 20 min nömrəyə çatdırılıb.
Məlumat üçün bildirək ki, BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir. “Aztelekom” İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.