FaktXeber.com xəbər verir ki, Cəlilabad rayonunda yeniyetmə qız özünə qəsd edib. Rayon Prokurorluğundan verilən məlumata görə, Günəşli kəndində yaşayan 15 yaşlı Rədimə Həsənova özünü yaşadığı evin həyətində öldürüb. O özünü həyətdə yerləşən yardımçı tikilidə asıb.
Mərhumun bu ilin iyun ayında toyu olub. Onun meyitini dünən günorta 21 yaşlı həyat yoldaşı aşkarlayıb. Bu ilin noyabrında 15 yaşını tamamlayan qızın özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Təzə gəlini intihara vadar edən səbəb araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.