Abidənin yerləşdiyi ərazidə son tamamlama işləri görülür
26-12-2011 / 12:03
FaktXeber.com-un verdiyi məlumata görə, Bakının Nəsimi rayonunda “Dostluq” kinoteatrının yaxınlığındakı parkda, Caparidzenin heykəlinin yerində xalq qəhrəmanı Koroğluya qoyulmuş heykəlin açılışına hazırlıq işləri artıq tamamlanmaq üzrədir.
Xatırladaq ki, Koroğlunun heykəli prezident İlham Əliyevin 2009-cu il dekabrın 3-də imzaladığı sərəncama əsasən ucaldılır. Bunun üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5 milyon manat məbləğində vəsait ayrılıb.
Xalq qəhrəmanının Qırat belindəki heykəlinin müəllifi xalq rəssamı Tokay Məmmədovdur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.