İçərişəhər "Wi-Fi" zona ilə əhatə edilib və istənilən şəxs burada internetdən istifadə edə bilər
26-12-2011 / 11:08
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən FaktXeber.com-a daxil olan məlumata görə, hələlik İçərişəhərdə əhəmiyyətli tarixi-memarlıq abidələri və insanların daha çox toplaşdığı yerlərdə internetə çıxış təmin edilib. Perspektivdə bütün İçərişəhərin “Wi-Fi” zona ilə əhatə olunması gözlənilir.
Bu sistem mobil telefondan elektron bələdçiyə qoşulmağa imkan verəcək və ziyarətçi tarixi-memarlıq, dini abidələrə yaxınlaşdıqda onlar barədə ətraflı məlumat alacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.