Dünən Bakıda "Qızıl tac" şadlıq evində "Azadlıq" qəzetinin 22 yaşına həsr olunmuş tədbir baş tutmayıb
26-12-2011 / 10:21
FaktXeber.com məlumatına görə, tədbirin baş tutmamasına səbəb şadlıq evinin işıqlarının qəfil sönməsi olub. Mərasim saat 16-da başlayıb, saat 16:40 radələrində işıqlar sönüb və bununla yanaşı, ofisiantların qonaqlara xidməti dayandırılıb.
Qəzet rəhbərliyinin bu biabırçılığı ortadan qaldırmaq üçün şadlıq evinin icarədarı ilə apardığı danışıqlar və mübahisə nəticəsiz bitib.
Az sonra “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid qonaqların qarşısına çıxaraq elan edib ki, hakimiyyətin yuxarı qatından şadlıq evinin rəhbərliyinə təzyiq olunub və mərasimin dərhal dayandırılması tələbi qoyulub.
Mərasimə qatılan bəzi qonaqların – hüquq müdafiəçisi Leyla Yunusun, AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı İsa Qəmbərin və başqalarının etiraz çıxışlarından sonra məclis dağılıb.
Şadlıq evinə təşrif buyuran 100-dək qonaq arasında siyasətçilər, QHT rəhbərləri, qəzet redaktorları, ziyalılar olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.