FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicəsi davam edir. Aktyorun ailəsindən APA-ya bildirinlər ki, Yaşar Nurinin səhhəti ağır olaraq qalır.
Bu müddət ərzində Yaşar Nuriyə baş çəkməyə yalnız həyat yoldaşı Rəhimə Nuriyevaya icazə verilib. Yaşar Nurinin xəstəxanadan nə zaman çıxacağı və səhhətinin yaxşılaşması ilə bağlı məsələ hələ də sual altındadır. R. Nuriyeva gündəlik xəstəxanaya baş çəkir və aktyorun vəziyyəti ilə maraqlanır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.