FaktXeber.com-un verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mənzilin qapısının kilidi xarab olub.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər ondoqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.