1981-ci il təvəllüdlü Cəlilov Mehdi Fərəc oğlu dayanacaqda gözətçi işləyən 55 yaşlı atasını iş yerində öldürüb
24-12-2011 / 12:45
Bakıda dəhşətli qətl hadisəsi törədilib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, dekabrın 23-də Rəsulzadə qəsəbəsi Qayıbov küçəsinin sakini, 1981-ci il təvəllüdlü Cəlilov Mehdi Fərəc oğlu atası, 1956-cı ildə anadan olmuş Cəlilov Fərəc Cəlil oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Məlumata görə, 30 yaşlı M.Cəlilov atasının Binəqədi rayon 6-cı mikrorayon ərazisində işlədiyi avtomobil dayanacağına gəlib və onunla mübahisə edib. Daha sonra M.Cəlilov onun boyun və kürək nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirib. 55 yaşlı F.Cəlilov hadisə yerindəcə keçinib.
FaktXeber.com-un Lent.az-a istinadən verdiyi məlumata görə, hadisəni törədən oğul tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, 55 yaşlı F.Fərəcov avtomobil dayanacağında gözətçi işləyirmiş.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.