"İqtidar hər hansı bir çağırışa və tələbə əməl etməyi özünün məğlubiyyəti kimi hesab edir. Belə bir hal uşaq xəstəliyi kimi şeydir"
24-12-2011 / 11:34
Son vaxtlar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan hakimiyyətinə ölkədə demokratik islahatların həyata keçirilməsi istiqamətində çağırışlar edilib. Belə ki, bir neçə gün bundan əvvəl Venesiya komissiyası tərəfindən partiyalar haqqında qanun layihəsinin qəbul olunmamasını, AŞ və ABŞ rəsmilərinin ölkə başçısına siyasi məhbusları azad etmək haqqında müraciət etməsini və digər ictimai prosesləri buna misal göstərmək olar.
Bəs beynəlxalq ictimaiyyət tərəfindən edilən müraciətlər nə vaxt tələb şəkilində səsləndiriləcək? Əgər bu müraciətlər tələb şəkilində səsləndirilsə, Azərbaycan hakimiyyətinin buna qarşı mövqeyi necə olacaq?” Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu, bu müraciətlərin artıq tələb müstəvisinə keçdiyini bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.