Çoxları elə bilirdi ki, inqilablar ölkəsi Fransa əclaflıq eləməz! Fransa kimi demokratik bir dövlətin parlamentinin aşağı palatası erməni “soyqırımını” inkar etməyə görə cəza nəzərdə tutan qanun qəbul etməz! Əslində bu hadisə lap yerində və zamanında baş verdi. Məncə demokratiyanın ən pis idarəçilik forması olması üzə çıxır yavaş-yavaş! Ən çox əclaflığı demokratik quruluşlarda eləmək olar! Bəlkə, xalqın adından əclaflıq eləməyə demokratiya deyilir?
İnsan ağlının qəbul etmədiyi paradoksal bir vəziyyət yaranır: cinayəti inkar edənləri fikirlərinə görə cəzalandırmaq və bununla da cinayət törətmək olar. “Soyqırımı” inkar etməyə görə cəza kabus kimi avropaya yayılmaqdadı. Bəlkə bu kimi hadisələrin meydana gəlməsindən sonra Avropada Hitlerin hər an peyda ola biləcəyini qəbul edək?
Dostlar, hələ çox demokratik möcüzələr görəcəyik.
Demokratiya dözülməsi çətin olan qərarların qəbul edilməsinə gətirib çıxara bilər. Fransızlar deputatları seçiblər ki, bu zatlar parlamentdə onları təmsil etsinlər. Parlament fransızları təmsil edib soyqırımı inkar edənləri cəzalandıran qanun qəbul edir. Bu qəbul olunmuş qərardır. Demokratiyanın təməl şərtlərindən biri qəbul olunmuş qərarların icrasına dözməkdi. Fransa azlığı Fransa çoxluğunun qərarına hörmətlə yanaşmalıdı.
Əgər narazısansa, bu cür demokratiyanın qarşısını demokratiya ilə ala bilərsən. Bunun üçün məsələn, senatı inandırmalısan ki, belə qanun qəbul eləmək olmaz. Senatı da inandıra bilməsən, Sarkoziyə yalvarmaq lazımdı. Sarkozi də qanunu imzalasa, vəssalam qüvvəyə minəcək və icra olunacaqdır.
Bizi çaş-baş salan bu “soyqırım” qanununun da qəbulundan da ciddi hadisələr baş verə bilər. Özü də elə hadisələr baş verər ki, heç çoxluq hərəkətə də keçə bilməz. Necə ki, Hitler demokratik yolla hakimiyyətə gəlib diktatura yaratdı.
Bəziləri təklif edir ki, Fransanı Avropa Məhkəməsinə verək. Hansı əsasla Fransanı məhkəməyə verə bilərik? Avropa İnsan haqları konvensiyasının fikir azadlığını əks etdirən maddəsinin pozulmasına görəmi? Lakin həmin konvensiyada qeyd olunur ki, fikir azadlığı demokratik cə¬miyyət də zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər!
Məsələn, avropa ölkələrində və ABŞ-da holokostu da inkar eləmək olmaz. Avstriya məhkəməsi publisist Gerd Honsiki buna görə beş il müddətinə azadlıqdan məhrum edib. Almaniyada 81 yaşlı qadın holokost hadisəsini inkar etdiyinə görə 6 ay azadlıqdan məhrum edilib və min avro cərimə olunub. Amma hamımıza məlumdur ki, insanı fikrini ifadə etməyə görə cəzalandırmaq olmaz. Holokostu inkar etməyi qadağan eləməyi heç cür başa düşmək olmur.
Necə bəyəm, bir alim araşdırma aparıb gerçəyi ortaya qoya bilməz?! Holokostu inkar edənlər nasistlərin cinayət etmədiyini inkar etmədən, araşdırma aparır, məsələn, deyir ki, krematoriyalar müharibədən sonra tikilib. Bu adamı da cəzalandırırlar. İkincisi, lap tutaq ki, məhkəmədə sübut olunub ki, yəhudilər soyqırıma məruz qalıb, buna görə heç kim araşdırıb onun olmadığını ifadə edə bilməz?!
Mən bu məsələni anlamaqda acizəm: erməni, yaxud yəhudi soyqırımını araşdırıb onların olmadığı qənaətinə gəlmək, ifadə etmək və fikirləşmək olmaz?! Buna görə cəza vermək olar?! Fikirləşmək olar, fikri ifadə etmək olmaz? Tarixçi araşdıra bilər, özlüyündə qərar gələ bilər ki, holokost olmayıb, amma araşdırmasını elan edə bilməz?! Bir qadağa ki, fikirləşməyə icazə verir, lakin fikirləri ifadə etməyə imkan vermirsə, tüpürüm bu qadağaya!
Bu təşəbbüsə heç bir haqq qazandırmamaqla bərabər bəyan edirəm ki, holokostun inkarına görə cəzaya bəraət qazandıranların
Fransanın təşəbbüsünü pisləyəməyə mənəvi haqları yoxdu!
Bir neçə dəfə holokostu inkar edənləri cəzalandırıblar, cəzalandırılan şəxslər də qərardan şikayət veriblər. Şikayətə baxan məhkəmələr holokostu inkar etməklə milli təhlükəsizlik və ərazi bütövlüyü, başqalarının şöhrəti və hüquqlarına qəsd olunması qənaətinə gələrək şikayəti təmin etməyib. Lakin holokostu inkar etməklə qeyd olunan dəyərlərə necə qəsd oluna bilər, bu mənə aydın deyil!
Həm erməni “soyqırımını”, həm də holokostu inkrar edənləri cəzalandırmaq hökümətlər tərəfindən həyata keçirilən "qanuni" cinayətlərdən başqa bir şey deyil. Məhz bu ənənə dünyada presedent yaratdı, ermənilər də bundan istifadə etdilər. Bu yazını yazmaqda məqsədin bir məsələni qabartmaq idi: Demokratiya özünü də məhv etməyə şərait yaradan imkandı.
Vamiq Şükürov