Bütün dünya Şimali Koreya xalqının ölən liderlərinə necə ağladığını gördü. "Discovery Channel" telekanalının apardığı araşdırma dikatatorların iqtidarlarını necə qoruduqlarını ortaya çıxarıb
23-12-2011 / 16:45
FaktXeber.com xəbər verir ki, "Discovery Channel" telekanalı diktatorların xalqın idarəsini necə əllərində saxladığını araşdırıb. Diktatorlar haqqında araşdırmalar nəticəsində məlum olub ki, onlar hakimyyəti əllərində belə saxlayırlar:
QORXU: Mütəxəssislərə görə diktatorlar cəmiyyətə əvvəlcə qorxu yaradırlar. Sonra yeganə xilaskarın onlar olduğunu aşılayırlar.
XARİCİ TƏHDİD: Şimali Koreyanın ölən lideri Kim Çer İr kimi bütün Qərbi düşmən elan etməsi kimi xarici təhdidlər yaradıb, cəmiyyətin inamını qazanmağa çalışırlar.
QORUNMAQ HİSSİ: Hər bir insan özünü qorumaq istəyir. Qorunmaq hissiyyatı insanın təbiətindədir. Diktatorlar isə bu hissdən öz lehinə istifadə edirlər.
HÖRMƏT MƏDƏNİYYƏTİ: Diktatorlar hörmət mədəniyyətinin yüksək olduğu cəmiyyətlərdə daha çox meydan sulayırlar.
İNFORMASİYANIN İDARƏSİ: Diktatorlar informasiyanın yayılmasını öz nəzarətlərində saxlamaq istəyirlər. Ərəb Baharının baş verməsinin əsas səbəblərindən biri kimi internet sahəsinə idarəçiliyin itməsi olub.
MÜXALİFƏTİN İDARƏSİ: Eyni zamanda müxalifətin diktatorlar tərəfindən möhkəm təzyiq altında saxlanılması iqtidarını möhkəmlənməsini təmin edir.
MÖHTAC ETMƏK: Diktatorların metodlarından biri də cəmiyyəti əvvəlcə özünə möhtac edib, sonra da möhtac qaldıqları şeyləri təqdim edərək iqtidarı qazanırlar. Kim Çen İr əvvəl xalqını aclıqa düçar etdi. Sonra isə onlara aclıq xilas etdi. Və özünü xalqın xilaskarı etdi.
MİFLƏR: Bütün diktatorlara miflər yazılır. Heç kimə bənzəməyən bir xarakterə sahib olduqları vurğulanır. Beləcə diktatorlar xalqın gözündə ucaldılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.