Onun yaşının neçə olmasını ailəsindən başqa dəqiq kimsə bilmir
23-12-2011 / 13:10
FaktXeber.com-un “TİME” jurnalına istinadən verdiyi məlumata görə, yeni seçilmiş Şimali Koreya rəhbəri atasından fərqli olaraq özünə məxsus hobbiləri var. Jurnal onun 10 hobbisini dərc edib. Onlar bundan ibarətdir:
1- Yeni rəhbər Kim Çen In basketbolu çox sevir və Amerikanın NBA çempionatına xüsusi olaraq azarkeşlik edir. Hətta o bir çox NBA oyunçuları ilə birgə şəkillər çəkdirib.
2- O, alman dilini çox sevir.
3- Qadınlarla üzləşərkən həddən artıq utanır.
4- Onun məktəb illərindəki dostları bildirir ki, Kim Çen In-ın atası Kim Çen İr Amerikaya nisbət həddən artıq kin bəsləsə də, özü Amerikanın “Nike” şirkətinin məhsullarını sevirdi.
5- Amerika və müttəfiqləri onun da ataları kimi hakimiyyətə gələndən sonra ilk olaraq silaha əl atacağından ehtiyatlanırlar.
6- Kim Çen In-ın saç modeli artıq Şimali Koreyada cavanların yeni saç düzümünə çevrilib.
7- Cənubi Koreya mediasının verdiyi məlumata görə, Kim Çen In babasına oxşamaq niyyətilə son bir ildə bir necə plastik əməliyyat keçirib.
8- Atasının səhhətindəki problemlərlə əlaqədar olaraq son aylarda hərbçilər arasında yeni rəhbərlə bağlı sənədli film nümayiş etdirilib. Filmdə onunla bağlı bu cümlələr işlədilir: “Generalın ardınca hərəkət edin”.. “Kim Çen In düşmənə unudulmaz dərs verib”.
9- 2011-ci ilin yanvar ayının 1-i onun doğum günü ilə əlaqədar ölkədə rəsmi tətil elan edildi. Onun atasının da rəhbər olmamışdan öncə bu qayda ilə ad günü keçirilmişdi.
10- Kim Çen In “Qolf” oyununda həddən artıq məharətlidir. Hətta onun dünya rekordunu qırmaq qədər bu oyunda bacarığı vardır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.