Bağlanmış müqavilənin dəyəri 140 milyon dollardır və layihənin icraçısı İAİ və Elbit kompaniyasıdır
23-12-2011 / 12:17
FaktXeber.com-un verdiyi məlumata görə, İsrail hökuməti Türkiyə Hərbi Hava Qüvvələrinə kəşfiyyat sistemi avadanlıqlarının təhvili prosesini dayandırıb. Bağlanmış müqavilənin dəyəri 140 milyon dollardır və layihənin icraçısı İAİ və Elbit kompaniyasıdır. Təslimatın ilk mərhələsi yaxın aylarda baş verməliymiş. Elbitdən verilən açıqlamaya görə, müqavilənin ləğvi siyasi məsələlərə görədir.
"The Jerusalem Post" yazır ki, Türjkiyə ilə müqavilə 2009-cu ildə bağlanıbmış. Müqavilənin şərtlərinə görə, Türkiyə HHQ qırıcılar üçün kəşfiyyat avadanlıqları almalı imiş. Hansı ki, Lorop infraqırmızı kamerası və informasiyanın emalı üçün əlavə müşahidə cihazı ilə təchiz edilibmiş. Kameranın təslimatı ilə Elbit şirkəti məşğul olmalı imiş. Bundan Elbitin gəliri 87 milyon, İAİ-nınkı isə 54 milyon dollar olacaqmış.
Hazırda İsrail kompaniyalarının İsrail Müdafiə Nazirliyi ilə müqaviləni yeniləməsi barədə danışıqlar apardığı bildirilir. Şirkətlər təslimatın ləğvinin onlara ciddi ziyan vuracağını vurğulayırlar. Həmçinin qeyd edilir ki, Türkiyə dəymiş zərərə görə beynəlxalq məhkəməyə müraciət edib kompensasiya istəyə bilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.