Bu gün Bakı şəhəri Nərimanov rayon məhkəməsində ilahiyyatçı saat 11:00-da Hacı Tale Bağırov və Elşən Abbasova hökm oxunacaq
23-12-2011 / 11:36
FaktXeber.com xəbər verir ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı ilahiyyatçı Hacı Tale Bağırova 5, Elşən Abbasova isə 3 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Hakim son qərarını vermək üçün 23 dekabr saat 11:00-a qədər məhkəməni təxirə salmışdı.
Vəkil Anar Qasımlı İslamazeri.az-a bildirib ki, hər iki şəxsə bəraət verilməsi və azadlığa buraxılması üçün kifayət qədər əsas var. Amma sübutlar araşdırılmır Biz bütün səylərimizi ortaya qoyacağıq.
"Qeyd edək ki, “Hicab Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur. Ruhani Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.