Finlandiyalı səlahiyyətlilər Çinə gedən bir gəmidə olan çoxlu miqdarda raket və partlayıcının hara göndərildiyini ortaya çıxarmağa çalışır
22-12-2011 / 15:15
FaktXeber.com-un verdiyi məlumata görə, Man adası bayrağı altında üzən "MS Thor Liberty" gəmisində 69 "Patriot" anti-raket batareyası olduğu açıqlanıb.
ABŞ istehsalı olan "Patriot" raketlərinin isə ümumiyyətlə yalnız ölkənin müttəfiqlərinə satıla biləcəyi vurğulanır. Polis ölkənin cənubundakı Kotka limanında saxlanılan gəminin 32 nəfərdən ibarət şəxsi heyətini sorğu-sual edir.
Finlandiya mediası Çinə gedən gəminin yolu üzərində Cənubi Koreyada limana yanaşacağını yazıb, ancaq finlandiyalı səlahiyyətlilər iddiaları təsdiqləməyib.
Finlandiya daxili işlər naziri Paivi Rasanen raketlərin üzərində "hava fişəngi" yazılmış konteynerlədə olduğunu bildirib.
Liman işçiləri açıq ixracat qəfəslərində səliqəsiz şəkildə yığılmış partlayıcılarla qarşılaşdıqda çaş-baş qalıblar. Dəniz nəqliyyatı səlahiyyətliləri gəmidə nitroquanidin adlı partlayıcıdan 160 ton olduğunu söyləyiblər.
Gəminin sahibi olan Danimarkanın "Thorco Shipping" şirkəti isə mövzuyla əlaqədar məlumatlarının olmadığını bildiriblər. Qeydlərə görə, gəminin dayanacaq nöqtəsi Çinin Şanxay limanı olacaqmış. Ancaq partlayıcı və raketlərin hara aparılması ilə bağlı dəqiq məlumat yoxdur.
Finladiya səlahiyyətliləri istintaq başladıblar. "Patriot" raektlərini istehsal edən Amerikannın "Raytheon" şirkətinin saytında yer alan məlumatlara görə isə, raektlər "Amerika və müttəfiq qüvvələrə təmin edilir". Raketdən istifadə edən ölkələr arasında Cənubi Koreya da yer alır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.