Yeni ildən ünvanlı sosial yardım üçün müraciətlər elektron formada aparılacaq
22-12-2011 / 13:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXeber.com-a verilən məlumata görə, yeni ildən ünvanlı sosial yardım üçün müraciətlər elektron formada aparılacaq. İlkin olaraq belə bir proses Bakı şəhərinin rayonlarında, eyni zamanda respublikanın 14 şəhər və rayonunda həyata keçiriləcək.
Məlumatda bildirilir ki, bundan əvvəl Balakən və Cəlilabad rayonlarında həyata keçirilən pilot-layihə uğurlu alınıb.
Yeni müraciət mexanizmlərinin əsas cəhəti ünvanlı sosial yardım üçün ərizə-anket formalarının həm onlayn rejimdə, həm də poçt şöbələri vasitəsi ilə qəbul məsələsindən ibarətdir.
Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir. Yaxın zamanlarda həmin məlumatların mobil telefon nömrəsinə SMS-lə göndərilməsi planlaşdırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.