Günbəgün rəqabət daha da qızışan mobil ƏS bazarında Android daha bir şəxsi rekorduna imza atdı
22-12-2011 / 12:42
FaktXeber.com "Android"ə istinadən xəbər verir ki, günbəgün rəqabət daha da qızışan mobil ƏS bazarında Android daha bir şəxsi rekorduna imza atdı. Belə ki 2 gün əvvəl Android Marketdən yükləmələırin sayının 10 milyarda çatdığı bildirildi.
Android bu yeni uğuru münasibətilə 10 gün müddətində Marketdə ən məşhur, pullu tətbiqləri cəmi 0.10$ qiymətə satmağa başlayıb. Bu məqsədlə tez-tez yenilənən tətbiqlər siyahısında hazırda Fruit Ninja, Beautiful Widgets, Reckless Driving, AirSync by doubleTwist, Flick Golf! və bu kimi digər tətbiqlər mövcuddur.
Buradan tam siyahi ilə tanış ola bilər, tez-tez əlavə ediləcək tətbiqlərdən xəbərdar ola bilərsiniz: market.android.com
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.