Alimlər apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər
22-12-2011 / 12:33
FaktXeber.com-un "PNAS" jurnalına istinadən verdiyi məlumata görə, İtaliya alimlərinin apardığı araşdırma, az yeyən siçanların beynində CREB1 adı verilən və beyin hüceyrələrinin funksiyasını daha yaxşı yerinə yetirməsində rol oynayan zülalın istehsalının artdığını göstərib.
Araşdırmanın üzvlərindən olan Giovambattista Pani, bu zülalın "uzun ömür və beynin sağlam olmasıyla" əlaqəli çoxlu sayda genə təsir etdiyini bildirib.
Normalda yediyinin 30 faizi azaldılan laboratoriyadakı siçanların ömürlərinin daha uzun olduğu, bu heyvanlarda piylənmə müşahidə edilmədiyini və şəkər xəstəliyinə tutulmadığını, yaddaş və zehni bacarıqlarının da daha yaxşı inkişaf etdiyi müşahidə olunub.
Həmçinin bu siçanların daha az ziyan verdiyi, yaşlanarkən alzeimer əlamətləri olmadığı və ya çox yüngül şəkildə müşahidə edildiyi aşkarlanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.