Efiopiyada etnik Somali üsyançı təşkilatı ilə ölkəyə qeyri-qanuni yolla daxil olan 2 isveçli jurnalisti "terrora dəstək" ittihamı ilə mühakimə edirlər
22-12-2011 / 12:14
FaktXeber.com-un verdiyi məlumata görə, gələn həftə keçiriləcək məhkəmədə 15 ilə qədər həbs cəzası ilə qarşı-qarşıya olan Johan Persson və Martin Schibbye adlı jurnalistlər, saxlandıqları vaxt xəbər hazırladıqlarını söyləyirlər.
Ancaq jurnalistlərin özünümüdafiəsinə şübhəyə yanaşan hakim Shemsu Sirgaga, jurnalistlərin Londondan başlayan, Keniya və Somalidən keçməklə Efiopiyaya qədər uzanan səfərlərinin Oqaden Milli Qurtuluş Cəbhəsi adlı təşkilat tərəfindən təşkil edildiyini bildirir.
İsveç Jurnalistlər Liqası rəhbəri Jonas Nordling isə ittihamları qəbul etmədiklərini, məqsədin, jurnalistlərin Oqaden bölgəsindəki insan haqqları pozuntuları istiqamətindəki araşdırmalara mane yaratmaq olduğunu söyləyib. Nordling, ''bu siyasi bir qərardır. Bunun terror cinayəti olduğuna dair dəlil yoxdur'', - deyib.
İsveçin baş naziri Fredrik Reinfeldt də hökumətin təcili olaraq Efiopiya hökuməti ilə əlaqə yaradacağını söyləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.