"You-Tube"-a pişik-dəya barədə yerleşdirilən görüntülər rekorda doğru irəliləyir
22-12-2011 / 11:52
FaktXeber.com xəbər verir ki, “You-Tube”-a pişik-dəya barədə yerleşdirilən görüntülər rekorda doğru irəliləyir. Video-çarxda kanadalı bir ailənin ağlayan körpəsi və onu yatdırmağa çalışan dayəsi pişik Stewie görünür. Pişik-dayə Konnar adlı ağlayan körpəni pəncəsi ilə oxşayaraq yatdırmağa çalışır. Bir müddət sonra yuxuya getməsi ilə dayə Stewie körpəni başından öpür və böyük qürur hissi ilə kameraya baxır.
Qeyd edək ki, 35 yaşlı ata Aaron Qrantın sentyabrda portala yüklədiyi video çarx artıq 2.5 milyon dəfədən çox izlənib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.