Ölkə
Hərb
Tarix
Analiz
Media
Dünya
Hüquq
Hadisə
İdman
Siyasət
Müsahibə
Araşdırma
Top Secret
İqtisadiyyat
Vətən Oğulları
Elm,Təhsil,Texnologiya
Maraq dünyası
Fotoqalereya
Mədəniyyət
İnfoqrafika
Mənəviyyat
Uşaq aləmi
Karikatura
Sağlamlıq
Sual-Cavab
Audio
Video
Ailə
Gündəm
ƏLİ HƏSƏNOV MƏMURLARIN MİLYON DOLLARLIQ VİLLALARINDAN NİYƏ DANIŞMIR?
Səxavət Əlisoy: "Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması ilə bağlı xarici KİV-lərdə əsaslı m<
BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ
Çərşənbə günü dərc olunan qəzetlərdən çıxarışlar
MƏTBUAT KONFRANSINDA QALMAQAL
Leyla Yunus: "Azərbaycanı mafia-klan rejimi idarə edir"
DOLLARIN MƏZƏNNƏSİNİN QALXMASI ÖLKƏ İQTİSADİYYATINA TƏHLÜKƏ YARADACAQMI?
Azər Mehdiyev: "Dolların məzənnəsinin qalxması müqabilində avronun düşməsi arada olan itkilərin kompensasiyasına gətirib ç
"FAKTXEBER.COM"-UN SORĞUSU BAŞA ÇATDI
Oxucularımız gey-parada yox dedilər
Sorğu
Nəticələr
Ən Çox Oxunanlar
Ən Çox Şərh Olunanlar
AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ
SİZCƏ, BU POLİS NƏ DEYİR?
FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR
AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ
İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT
22-12-2011 / 11:44
İşğalçı İsrail qüvvələrinin altı ay əvvəl həbs etdiyi və əsir dəyişməsi müqaviləsinin ikinci mərhələsində dəyişdirilən 17 yaşlı Buşra Ət-Tavil həbsdə çətin günlər yaşadığını söyləyib. Buşra bəzən gündə 10 saat stula bağlanaraq sual-cavab edildiyini söyləyir. FaktXeber .com-un Fələstin İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, ötən iyul ayında həbs olunan 17 yaşlı Buşra, bu mərhələdə azad edilən və Həmasa yaxınlığıyla bilinən yeganə şəxsdir. Bu dəfə azad edilən 550 əsirin böyük qisimi Fəth hərəkatındandır. 7 iyul tarixində həbs olunan Buşra 18 gün gecə-gündüz sual-cavab edilib. Bir neçə gün təkadamlıq kamerada qalıb. Buşra gecə saatlarında evini basan işğalçı qüvvələr tərəfindən əlləri bağlanaraq Qüdsdəki Meskube istintaq mərkəzinə, oradan da cənubdakı Askalan həbsxanasının istintaq mərkəzinə aparıldığını bildirir. Buşra Askalan həbsxanasında gündüzlü-gecəli yuxu və rahatlıq görmədiyini, bəzən on saat əllərinin və ayaqlarının arxaya doğru stula bağlanmış vəziyyətdə və müstəntiqlərin "sən uşaqsan, ömrünü həbsdə keçirmə" bağırtıları arasında sual-cavab edildiyini söyləyir. Gənc qız sözlərinə belə davam edir: "Məni hələ müəyyənləşdirmədikləri günahları etirafa məcbur etdilər. Onlara etiraf edəcək heç bir şeyim olmadığını söylədikdə isə məni 180 gün boyunca işgəncə altında sual-cavab edəcəkləri ilə təhdid etdilər. Sonra davamlı şəkildə mənim İsrailin təhlükəsizliyi üçün təhdid obyekti və agent olduğumu, bunu etiraf etməsəm anamla-atamı da həbs edəcəklərini söyləməyə başladılar." Buşra uzun müddət stula bağlandığı üçün kürək və qıçlarında şiddətli ağrılar, sancmalar hiss etdiyini, ağrıların dayanması üçün sıravi ağrıkəsicidən başqa bir şey verilmədiyini, üstəlik "sən İsrail həbsxanasındasan, beş ulduzlu oteldə deyil" sözləriylə qarşılaşdığını bildirir. Azad olunan gənc əsir müstəntiqlərin onu yalan maşınına bağlamağa qərar verdikdə isə, "Allahım istintaq əzabından xilas olmaq üçün mənə bu imtahandan müvəffəqiyyətlə keçməyi nəsib et", - deyə dua etdiyini bildirir. Maşına bağlandıqda çox qorxduğunu, buna görə də verdiyi cavabların dəqiq olmadığını, ya da maşında problem yarandığını söyləyir. 18 gün davam edən istintaqdan sonra Buşra Ər-Rəmlə həbsxanasına köçürülür. Ancaq göndərildiyi təcridxananın israilli qadın cinayətkarların saxlanıldığı yer olduğunu gördükdə heyrətə gəlir. Üstəlik qadınlardan bəziləri narkoman imiş: "Bütün günü təhqir və qışqırıq səsləri eşidirdim. Qaldığım kamera həddindən artıq dar idi. Soyuq beton üzərində yatırdım." Buşra həmçinin fələstinli qadın əsirlərin otaqlarının gecələr basıldığını və kütləvi şəkildə hamısının döyülərək, paltarlarını tamamilə çıxarmağa məcbur edildiklərini söyləyir. Bəzi qadın əsirlərin ağıllarını itirdiyini də söyləyən Buşra, buna görə işğalçıların onları vəhşiliklə yerlə sürüdüyünü, döydüyünü və heç birini azad etməyərək, əsir dəyişmə müqavilələrini tamamilə ləğv etməklə təhdid etdiyini vurğulayıb. Son olaraq isə qalan qadın əsirlərin, o qədər ümid bağladıqdan sonra müqavilədən kənarda qaldıqları üçün özlərini atılmış kimi hiss etdiklərinə diqqət çəkib.
Aysel Məmmədova
Rəylər
Əsas bölmədəki digər xəbərlər.
n
ANA SƏHİFƏ | ÜNSİYYƏT | SAYTINA ƏLAVƏ ET
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.