Türkiyədə fəaliyyət göstərən 2000-dən çox Fransa şirkəti var
22-12-2011 / 10:26
Fransa parlamentində bu gün səsverməyə çıxarılacaq qondarma erməni syqırımının inkarını cinayət hesab edən qanun təklifinə Türkiyənin sərt reaksiyası davam edir.
FaktXeber.com-un "Economist" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə ilə Fransanın 10,5 milyard dollarlıq illik ticarət müqaviləsi var. Türkiyədə fəaliyyət göstərən 2000-dən çox Fransa şirkəti var.
Soyqırımın inkarını cinayət hesab edən qanunun qəbulu nəticəsində Türkiyə-Fransa əlaqələri ciddi şəkildə zərər görəcəyi bildirilir.
Fransa Parlamentində səsverməyə çıxarılacaq qanuna görə, 2 mindən çox fransız şirkəti narahat şəkildə gözləyir. Firmaların səlahiyyətliləri qanunun qəbulu halında, Türkiyə xalqının məhsullarına etiraz edəcəyindən qorxurlar.
Qeyd edək ki, 2010-cu ildə Türkiyənin Fransanın ixracatındakı payı 1,62, idxalatındakı payı 1,20, xarici ticarətindəki payı isə 1,39 faiz olub.
Hazırda Türkiyədə 2 min fransız sərmayəli şirkət fəaliyyət göstərir. Fransız firmaları xüsusilə nüvə enerji stansiyaları tenderlərində, bərpa olunan enerji və yük daşınması sahələrindəki layihə və tenderlərə maraq göstərirlər. Fransız sərmayələri avtomobil, elektronika, sement, əczaçılıq və xidmət sektorlarında da son zamanlar artmağa başlayıb.
Türkiyədə avtomobil sənayesində Renault, Peugeot, elektrikdə Schneider, maşınqayırmada Valeo, sementdə Lafarge, qidada Danone, pərakəndə satışda Carrefour, sığortada Axa, Groupama, maliyyədə BNP Paribas, yemək xidmətlərində Sodexo, turizmdə Accor, Club Med kimi böyük şirkətlər fəaliyyət göstərir.
Türkiyədəki Fransa sərmayəli firmalarda təxminən 50 min nəfər işləyir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.