Türkiyə çempionatında birinci dövrənin oyunları keçirilib
22-12-2011 / 10:17
“Qalatasaray” dövrəni lider kimi tamamlamağı bacarıb. “Qalatasaray”ın qələbə seriyası ilk dövrənin sonuncu turunda da davam edib. İstanbul klubu öz meydanında “Manisaspor”u məğlub edib. Qarşılaşma 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 64-cü dəqiqədə Selçuk İnan vurub.
“Fənərbağça” isə səfərdə “Antalyaspor”u məğlub edə bilməyib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Beləliklə, 37 xal toplayan “Qalatasaray” birinci dövrəni lider kimi tamamlayıb. “Fənərbağça” “sarı-qırmızılar”dan iki xal geri qalır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.