Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar
22-12-2011 / 10:12
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 21-də saat 14.30-dan 14.40-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.25-dən 14.40-dək və 22.30-dan 22.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.