Gazne vilayətində təşkil edilən hücumda NATO-ya aid üç polşalı əsgərin öldüyü bildirilir
21-12-2011 / 16:13
FaktXeber.com-un verdiyi Gazne Qubernatorluğunun mətbuat katibi Məhəmməd Gaznevi "Reuters"ə açıqlamasında, Gaznenin Roza bölgəsində yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 3 polşalı əsgərin öldüyü, 1 əsgər isə yaralandığını təsdiqləyib.
Əfqanıstanda NATO rəhbərliyi altında xidmət göstərən Əfqanıstan Təhlükəsizlik və Dəstək Gücü (ISAF) nümayəndəsi isə, hadisədən xəbərdar olduqlarını söyləyib. O, hücum haqqındakı konkret məlumatların ümumiləşdirilməsindən sonra hadisə haqqında mətbuata məlumat verəcəklərini bildirib.
Hadisə ilə bağlı məsuliyyəti Taliban boynuna götürüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.