Astara rayon Hərbi Komissarlığının qanunsuz orduya göndərdiyi kar gənc Extiyar Nadirov ordudan tərxis edilib. Bu barədə Faktxeber.com-a hüquq müdafiəçisi Ələkbər Məmmədov məlumat verib.O bildirib ki, hal-hazırda sənədləşmə işi ilə bağlı əsgər hərbi hissədədir. Sənədləşmə bitəndən sonra o evinə göndəriləcək.
Məlumat verdiyimiz kimi, artıq bu məsələni Müdafiə nazir Səfər Əbiyev nəzarətə götürüb. Nazir bildirib ki, əgər vəziyyət deyilən kimidirsə, buna heç cür bəraət qazandırmaq olmaz. Kimsə bəhanə axtarmağa çalışmasın. Bu işdə günahkar olanlar ciddi cəzalandırılacaqlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.