2011-ci ildə ümumilikdə bütün dünyada 43 jurnalist zorakılığın qurbanı olub, daha 44-nün ölümü araşdırılır
21-12-2011 / 13:57
Faktxeber.com-un verdiyi məlumata görə, Pakistan yenə də jurnalistlər üçün ən təhlükəli ölkə kimi tanınıb. Bu il adıçəkilən dövlətdə xidməti vəzifəsini yerinə yetirən 7 jurnalist həlak olub.
Nyu-Yorkun Jurnalistlərin Müdafiəsi üzrə Komitəsinin dərc elədiyi hesabatda göstərilir ki, cari ildə ən çox müxbir – 18 nəfər Yaxın Şərq və Şimali Afrikada həlak olub.
2011-ci ildə ümumilikdə bütün dünyada 43 jurnalist zorakılığın qurbanı olub.
Bundan əlavə, jurnalistlərin xidməti vəzifəsini yerinə yetirmək üçün xüsusi təhlükəli yerlər siyahısına Liviya və İraq (5 jurnalist həlak olub), həmiçinin KİV-in üç nümayəndəsinin həlak olduğu Meksika da daxildi.
Hazırda komitet daha 44 jurnalistin peşəkar fəaliyyəti ilə əlaqədar həlak olub-olmadığını araşdırır.
Hesabatda cari ildə 8 onlayın-jurnalistin adı da açıqlanıb.
Bunlardan biri də Nueva-Laredo şəhəri yaxınlığında başsız bədəni tapılan meksikalı repartyor Mariya Elizabet Masias Kastrodur. 39 yaşlı jurnalist sosial media saytlarında xəbərləri işıqlandırıldığı üçün öldürülmüşdü. Komitetin bildirdiyinə görə bu, dünyada, sosial şəbəkələrdə jurnalist materiallarını dərc etdiyinə görə öldürülən ilk jurnalistdir.
Qeyd edək ki, Nyu-Yorkun Jurnalistlərin Müdafiəsi üzrə Komitəsinin dərc elədiyi hesabat digər bu kimi təşkilatların təqdim etdikləri sənədlə uyğun gəlmir.
Çünki hələ sentyabr ayında Venada mərkəzləşən Beynəlxalq İnstitut (IPI) 9 ay ərzində öz xidməti vəzifəsini yerinə yetirən 82 jurnalistin adını açıqlamışdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.