Azərbaycan Ordusunun əsgəri minaya düşüb. FaktXeber.com-un ANS-ə istinadən verdiyi məlumata görə, hadisə dünən saat 15:00 radələrində cəbhənin Ağdam istiqamətində qeydə alınıb.
Minaya düşən Biləsuvar rayonundan olan əsgər, Elvin Quluzadədir. Hadisə Ağdamın işğal altındakı Yusifcanlı kəndi yaxınlığında, işğal altındakı ərazilərdən axan Qarqarçayın yaxınlığında baş verib.
Bölgə müxbirinin verdiyi məlumata görə, əsgər hospitala çatdırılıb. Onun ayağının birini itirəcəyi bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidməti minaya düşən əsgərin 1992-ci il təvəllüdlü Elvin Abbas oğlu Quluzadə olduğunu təsdiqləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.