PKK terror təşkilatının lideri Abdullah Öcalanın məhbus olduğu İmralı həbsxanasında xidmət edən əsgərlərdən biri dənizə tullanaraq intihar edib
19-12-2011 / 17:40
FaktXeber.com-un verdiyi məlumata görə, Bursanın Mudanya mahalında terrorbaşı Abdullah Öcalanın saxlandığı İmralı adası ilə dəniz nəqliyyatını təmin edən körpüdə xidmət çəkən bir əsgər, bu gün səhər saatlarında dənizə atılaraq intihar edib. İtən və adı açıqlanmayan əsgərin tapılması üçün axtarış xilasetmə işləri başladılıb.
Hadisə Bakı vaxtı ilə səhər saat 05.00 radələrində baş verib. Şahidlərin bildirdiyinə görə, əsgər cib telefonu ilə danışdıqdan sonra körpüdən dənizə atılıb. Balıqçıların hadisəni görüb xəbər verməsindən sonra axtarış aparılsa da əsgər tapılmayıb. Sahil Təhlükəsizlik, Bursa AKUT və Mudanya Bələdiyyəsi axtarış işlərinə qoşulub.
Adı açıqlanmayan əsgərin tapılması üçün balıqçılar və xilasetmə qruplarına aid 3 dəstə araşdırmalarını davam etdirir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.