Faktxeber.com-un verdiyi məlumata görə, Minsk metrosunda terroru törədənlər məhkəmə hökmünü gözlədiyi vaxt rusiyalı jurnalistlər onlarla edamda şəxsən iştirak etmiş belorusiyalı hüquqmühafizəçi ilə əlaqə yarada biliblər.
Edamı çox çirkin bir iş kimi qələmə verən güllələnmə briqadasının sabiq rəhbəri ekzekusiyanın necə keçdiyini, ölənlərin harada basdırıldığını, hökmə məhkum olanların nə hiss elədiklərini, nəyə ümid etdiklərini və özlərini necə apardıqları barədə danışıb.
Xatırladaq ki, Belorusiya prrezidenti Aleksandr Lukaşenko hələ ki, məhkum Dmtri Konovolo və Vladislav Kovalyovun nə hökmü, nə də, əfvi barədə fərman imzalamayıb. Dövlət rəhbəri etiraf edib ki, hökm barədə qərarsızdır.
Qeyd edək ki, məhkumların müdafiəsinə nəinki hüquqmüdafiəçilər, hətita terror aktında zərərçəkmişlər də qalxıblar. Onların fikrincə, müəmma içində keçən vaxt da əlavə cəzadır.
Belorus güllələnmə briqadasının rəhbəri Oleq Alkayev hökmü gözləyən insanların daim gərginlik içində ümidlə gözlədiyini bildirib: «Bu təqribən suda batan insanın saman çöpündən yapışması kimi bir şeydir».
KİV-də onun 130 məhkumun güllələnməsində iştirak etdiyi barədə məlumat çıxandan sonra vətənini tərk edərək qərib ölkədə yaşamağa məcbur olan Alkayev məhkumlardan yalnız bir neçəsinin ölümü dərk edərək, ağlı başında qarşıladığını dedi: «Onlar inancı insanlar idilər».
Məhkumlar hökmün həyata keçməsini digər həbsxana bloklarından izolyasiya olunmuş xüsusi kameralarda gözlədiyini deyən sabiq cəllad edamın tarixinin son ana qədər nə məhkumlara, nə də hökmü həyata keçirənlərə əvvəlcədən bildirilmədiyini deyib: «Hökm prtokol prezident tərəfindən imzalandan sonra bir ay müddətində həyata keçirilir. Tarix müəyyən faktorlara əsasən seçilirdi: Məsələn, məhbuslara qohumları tərəfindən hədiyyə edilən yeməklərin qurtarması üçün bir neçə gün verilir».
Alkayevin sözlərinə görə, əvvəllər edam meşədə müəyyən edilmiş yerdə keçirildi: «İnsanları sıra ilə qəbrə yaxınlaşdırır, sonra güllələyirdik. O qəbrə düşəndən sonra , növbəti məhbus onun yerinə gəlirdi. Sonradan mənim qərarımla edamı bağlı yerdə keçirməyi başladıq. Əlbəttə, bu işimizi bir az artırırdı: Onları bir yerə yığıb maşınlara yükləməli, sonra isə basdırmalıydıq, meşədə isə məhkumlar özləri ayaqları ilə qəbirlərinə gəlirdilər. Ancaq bu, daha sivil yol idi. O zamanlar hökm «6PB9» markalı səsboğucu pistoletlə həyata keçirilirdi. Beləliklə, hökmü gözləyən digər məhbuslar güllə səsini eşitmirdilər».
O, Belorusiyada edam olunmuşların cəsədlərinin qohumlarına təhvil verilmədiyini deyib: «Onları məxfi yerdə basdırırıq. Və qəbirləri üstündə piltə, təpə, budaq kimi heç bir nişan olmur ».
Alkayev tez-tez məhbusların qohumları ilə rastlaşdığını da deyib: «Canilərin anaları ilə görüşmək mənim üçün ən ağır sınaq qolub. Hətta bir dəfə 1 məhbusun anası güllələnməni saxtalaşdırmağım üçün mənə pul təklif eləmişdi. Xahiş eləmişdi ki, edam keçirilən yeri ona deyim. Guya biz gedəndən sonra güllələnmiş oğlunu qəbirdən çıxardaraq müalicə eləyəcək və sonra da ölkədən çıxardacaq… Prezidentin edam haqqında qərarı təsdiqləməsinin bütün etaplarında müttəhimin həyatı uğrunda mübarizə başlayır. Vəkillər bu yerdə gücsüzdürlər».
Sabiq cəllad məhkumların ölüm qorxusu ilə son elədiklərini xatırlayıb: «Bəziləri qohumlarına müraciət edərək prezident, ya da Roma Paprası ilə görüşməyini istəyirdi, digərləri yaxınlarına məktub yazırdı ki, onların canlı-canlı donor orqanları götürüləcək. Biz məktubları senzularad keçirərək, göndərmirdik ki, qohumları əziyyət çəkməsin. Lakin ümid yeri qalmayanda, məhkum daha müqavimət göstərmir».
Güllələnmə briqadasının sabiq komandiri daha sonra bunları deyib: «Məhkumun kamerasına son dəfə yaxınlaşanda, o hər şeyi başa düşür. O, ölümün yaxınlaşdığını bizim addımımızdan və səsimizin tonundan anlayır. Demək olar ki, bütün suallara avtomatik, heç nə anlamadan cavab verir. Bir azdan zorla öldürüləcəyini bilən insanın hisslərini, vəziyyətini sözlə demək mümkün deyil, çünki hələ heç kim bu vəziyyətdə nə hiss etdiyini açıqlaya bilməyib».
O edam olunacaq şəxs haqqında çəkilən filmlərdə son arzu barədə deyilənlər həyatda real olmadığını bildirib: «Biz bütün instrusiyalara əməl edirdik. «Məhkumun son arzusu barədə» orada maddə yox idi. Mən şəxsən anlamıram ki, məhkum son anda nə deyə bilər. Cəmi bircə dəfə məhbuslardan biri düz ürəyindən vurmağımızı xahiş eləmişdi. Amma briqadadan heç kim onun dediklərinə fikir vermədi».
Alkayev hökmü həyata keçirən briqadaya 12 nəfərin daxil olduğunu bildirib: «Bir qismi məhkumları kameradan çıxardır, digərləri aparır, üçüncülər isə güllələyirdi. Personala möhkəm psixikaya, iradəyə malik, fiziki sağlam və heç bir maddi problemt olmayan şəxslər seçilirdi. Əlbəttə, bəziləri depressiyaya düşür, yaxud kiçik nerv sarsıntısı keçirir. Lakin ilk dəfə güllələnmə ilə rastlaşan insan üçün bu normal haldı. Mən də əvvəllər belə hisslər keçirirdim. Sonra keçdi… Nə qədər qəribə olsa da, hələ indiyə kimi öz istəyi ilə bu briqadadan ayrılan adam görməmişəm. İnsan hər şeyə öyrənir. Hətta bu cür işə də...»
Güllələnmə briqadasının sabiq rəhbəri Minsk terrorçuları barədə isə heç bir şərh verməyib. Lakin jurnalistlə müsahibənin sonunda etiraf elədi ki, dəlillərin saxtalaşdırılması halları da olub: «Viteb manyakı Mixasevin işində belə olmuşdu. 13 təqsirsiz insana hökm oxunmuşdu. Əsl həqiqət üzə çıxanda isə təəssüf ki, onlardan biri artıq güllələnmişdi. Bundan əlavə, qeyd eləyim ki, penitisiar müəssisəsinin bu xidməti... represiyya apparatı kimi də istifadə oluna bilər».
Emilya