30 İLDİR ÖLÜM KAMERASINDA YATAN AMERİKALI JURNALİST
Mumia Abu Camal barəsində çıxarılmış edam hökmü ömürlük həbslə əvəzlənib və o, 30 ildir yatdığı ölüm kamerasından çıxarılıb
19-12-2011 / 13:57
FaktXeber.com-un verdiyi məlumata görə, barəsində edam qərarı çıxarılmış və ötən həftə bu qərar dəyişdirilərək ömür boyu həbslə əvəzlənmiş jurnalist və hüquq müdafiəçisi Mumia Abu Camal 30 ildir saxlandığı təkadamlıq kameradan çıxarılıb. O Pensilvaniya ştatında saxlandığı Vaynesburq şəhərindəki SCI yüksək təhlükəsizlik həbsxananın başqa bir hissəsinə köçürülüb.
Vəkilləri vasitəsilə açıqlama verən camal, "30 ildən sonra ilk dəfədir təkadamlıq lamerada, ölüm kamerasında qalmıram. Hazırda həbsxananın AC Blokunda digər məhbuslarla birlikdəyəm", - deyib.
Mumia Abu Camal 30 ildir onun edamını tələb edən prokuror Seth Villiamsın qərardan imtina etməsindən təəccübləndiyini söyləyib.
Camal, edamın ləğviylə birlikdə günahsız olduğunun sübut edilməsi üçün məhkəmənin yenidən başlanmasını isə tənqid edib. Vəkillər mübarizələrinə davam edəcəklərini söyləyiblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.