Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 604 min 40 nəfərdir
19-12-2011 / 13:04
FaktXeber.com-un verdiyi məlumata görə, "Facebakers" şirkəti dekabrın 17-nə qədər olan istifadəçi sayını açıqlayıb.
Məlum olub ki, son 3 ay ərzində sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin sayı 100 mindən çox artıb.
Son 3 ayın nəticələrinə əsasən, sosial şəbəkənin istifadəçilərinin sayı 1,17 faiz artıb ki, bu da Azərbaycan əhalisinin 7,27 faizini təşkil edir.
Ümumi istifadəçilərin sayı arasında kişilər 64 faiz, qadınlar isə 36 faiz təşkil edir. Say baxımından ilk yeri 18-24 yaşlı (47 faiz), ikinci yeri 25-34 yaşlı (23 faiz), üçüncü yeri isə 16-17 yaşlı (12 faiz) istifadəçilər təşkil edir.
13-15 yaşlı istifadəçilərin sayı isə 8 faiz təşkil edir. 6 faiz 35-44 yaşlı, 2 faiz 45-54 yaşlı istifadəçilərin payına düşür. 55-64 və 65 yaşlı istifadəçilərin hər birinin payına 1 faiz düşür
.
"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayına görə Azərbaycan MDB-nin Qazaxıstan (362 260 istifadəçi), Belarus (354 520), Moldova (221 220), Ermənistan (242 300), Özbəkistan (106 080), Qırğızıstan (64 620), Tacikistan (26 820) və Türkmənistan (12 020) kimi ölkələrini qabaqlayır.
"Facebakers"in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Hindistan, Braziliya və Meksika daxildir.
"Facebook" istifadəçilərinin ümumi sayı 799 milyon nəfərdən çoxdur.
Xatırladaq ki, "Facebook" şəbəkəsi 2004-cü il fevralın 4-də işə başlayıb. Hazırda onun xidmətləri 60 dildə, o cümlədən də Azərbaycan dilində göstərilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.