Bakı Şəhər Baş Polis İdarəsindən verilən FaktXeber.com-a verilən məlumata görə, dekabrın 17-si saat 19:30 radələrində Bakı-Mərdəkan yolunda Vaqif Quliyevin idarə etdiyi "KamAZ" markalı yük maşını, Sahib Əsədovun idarə etdiyi "VAZ-2107" markalı və Mansur Cabbarovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü S.Əsədov və sərnişinləri - Günay Tağıyeva, Nazim Tağıyev, Aysel Məmmədhəsənova, Nicat Tağıyev və Nihad Tağıyev 3 saylı xəstəxanaya yerləşdiriliblər. Avtomobilin sürücüsü S. Əsədovun 2 yaşlı oğlu Sadiq Əsədov hadisə yerində dünyasını dəyişib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.