MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ TÜRKİYƏYƏ CAVAB VERMƏK İSTƏMƏDİ
İzmirli vəkillər MKİ-yə Kənan Evrenlə əlaqələri barədə sorğu göndərdi. MKİ-nin cavabə belə oldu: "Məntiqsiz araşdırmalar apara bilmərik!"
19-12-2011 / 12:31
FaktXeber.com-un verdiyi məlumata görə, İzmir Barosu vəkillərindən Senih Özay, Yəhya Murad Alpaslan və Baha Coşğun, İzmir Universiteti rəhbərliyinə 6 iyun 2011-ci ildə Kənan Evrenə verilən "fəxri professor və doktor" ünvanının geri alınması üçün müraciət etmişdi.
Universitetdən cavab gəlmədiyi üçün məsələ məhkəməyə çıxarılıb. Üç vəkil bu müraciəti etdiyi vaxt Evrenlə əlaqədar hazırladıqları 10 sualdan ibarət ərizəni də MKİ, ABŞ Xarici İşlər Nazirliyi, ABŞ Müdafiə Nazirliyi və Amerikan Səfirliyinə göndərib.
Vəkillərin ərizələrində dövlət çevrilişi heyətlərinin ABŞ-da təhsil alıb-almadığı, sertifikat verilib-verilmədiyi kimi suallar yer alıb.
İlk cavab Amerika Səfirliyindən gəlib. Səfirlik, "Alıcı adı olmadığı üçün bu cür yazışmaların Xarici İşlər Nazirliyi vasitəsilə aparılmasını" istəyərək, ərizəni geri qaytarıb. Daha sonra isə MKİ-dən cavab gəlib.
MKİ-dən MARAQLI CAVAB
Məlumat əldə etmək haqqı daxilində ərizəni göndərdikləri MKİ-nin Məlumat Koordinatorluğundan gələn cavabda belə deyilir: ""Məlumat Əldə Etmə Qanunu" hökumətin qeydlərinin cəmiyyətə çatdırılmasını təmin etmək məqsədiylə hazırlanmışdır. Qanunun şərtlərinə görə, federal idarələr, xüsusi bir tələblə əlaqəsi olub-olmadığını anlamaq üçün material üzərində məntiqsiz araşdırmalar aparmaq, suallara cavab vermək, ya da qeyd götürmək səlahiyyətində deyil."
Vəkil Senih Özay isə məsələ üzərində israrlı olduqlarını söyləyərək belə deyib: "Ankaradakı prokuror, Evren və yoldaşları barədə məsələni məhkəməyə çıxarmaq istəyir. Bizə bu işi gündəmdə saxlamaq, hüquqi tərəfini hazırlamaq düşür. Bu səbəbdən də dövlət çevrilişinin baiskarı kimi ABŞ və NATO-nu aydınlaşdırdıq. Başçılarına "bizim uşaqlar işi bitirdi" dedilər. Biz isə "bizim uşaqlar necə hazırlanır" dedik və araşdırdıq. ABŞ-da dövlət çevrilişi üçün təhsil verən məktəbi tapdıq. Orada "bizim" zabit, polis rəisi, bankçı, öyrədilmiş adamlarımız ola bilər deyə düşündük və araşdırdıq. Səfirlik "alıcı" ünvanı göstərmədiyimizi söylədi. MKİ isə "o qədər sənəd araşdıra bilmərəm" dedi."
BİR SUAL SORUŞACAQLAR
Amerikalı vəkillərdən etiraz hüququnu öyrənməyə çalışdıqlarını söyləyən Özay, "indi tələbimizi bir suala endirəcəyik. Bu məktəblərdə öyrədilən zabit, polis rəisi ya da mülki vətəndaş olub-olmadığını soruşacağıq. Yenə rədd etsələr, Amerikadakı məhkəmədə iddia qaldırıb, məsələni məhkəməyə çıxaracağıq", - deyib.
"OUR BOYS DİD İT"
12 Sentyabr dövlət çevrilişi əsnasında dövrün ABŞ Milli Təhlükəsizlik Şurasının Türkiyə şöbəsinin rəhbəri Paul Henze çevriliş xəbərini prezident Cimmi Karterə "Our boys did it" (bizim uşaqlar bacardı)" cümləsiylə vermişdi.
Dövlət çevrilişində ABŞ rolu mövzusunda müzakirələrə səbəb olan bu hadisəni isə məşhur yazar Mehmet Əli Birand "12 Sentyabr" adlı kitabında açıqlayıb. Henze sonralar bu sözləri Birandın uydurması olduğunu iddia etsə də, Birand 1997-ci ildə görüşlərin protokolunu nümayiş etdirib.
12 SENTYABR NƏLƏRƏ SƏBƏB OLDU?
* Türkiyə Böyük Millət Məclisi və partiyalara qıfıl vuruldu.
* 650 min nəfər həbs edildi.
* 1 milyon 683 min nəfər ciddi xəsarət aldı.
* 210 min iddia ilə 230 min nəfər mühakimə olundu.
* 7 min nəfər üçün edam cəzası tələb edildi.
* 517 nəfərə edam cəzası verildi. 50 nəfər edam olundu.
* 388 min nəfərə pasport verilmədi.
* 30 min nəfər "təhlükəli şəxs" qismində işdən çıxarıldı.
* 14 min nəfər vətəndaşlıqdan çıxarıldı.
* 300 nəfər şübhəli şəkildə öldü.
* 171 nəfərin işgəncədən öldüyü sənədləşdirildi.
* 937 film təhlükəli olduğu üçün qadağan olundu.
* 23 min 677 dərnəyin fəaliyyəti dayandırıldı.
əyər hər hansı xalq hakimiyyətdə olanların siyasətindən əzab və əziyyət çəkirsə deməli hakimiyyətdə olanlar bu xalqdan deyillər.kim necə yozur yozsun bu belədir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.