"Hicaba azadlıq" aksiyası zamanı saxlanılan ilahiyyatçı Tale Bağırovun video kadrı yayımlanıb
19-12-2011 / 11:30
FaktXeber.com xəbər verir ki, Bakı şəhər Nərimanov rayon məhkəməsində mayın 6-da keçirilən "Hicaba azadlıq" aksiyası zamanı saxlanılan ilahiyyatçı Tale Bağırovun video kadrı yayımlanıb.
Ruhaninin vəkili Anar Qasımlı facebook sosial şəbəkəsində bildirir ki, yerləşdirdiyi bu videoda ruhaniyə irəli sürülən bütün ittihamların heç bir əsası olmadığını sübüt edilir.
Vəkil bildirir ki, bu epizoda görə müvəkkilim ruhani Taleh Bağırov ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə, konkret olaraq Nərimanov RPİ-nin 18-ci PB-nin əməkdaşına qarşı müqavimət göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərdə, yəni xuliqanlıq etməkdə təqsirləndirilir. Prokuror məhz bu epizoda görə Taleh Bağırova 3 il müddətinə cəza təyin edilməsini istədi.
İttihama görə, Taleh Bağırov onu tutmaq istəyən polis əməkdaşına qəsdən hər iki əli ilə yumruq zərbəsi vurub və nəticədə mülki formada olan polisin sağ əlində sıyrıq xəsarəti yaranıb.
Dekabrın 23-də ona hökm oxunacaq.
Sonda vəkil A.Qasımlı deyir ki, əgər bu videoya baxandan sonra Taleh Bağırovun əməlində xuliqanlıq olmaması qənaətinə gəlirsinizsə, o zaman Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynova məktub (hakimə dost məktubu) göndərərək, ondan Taleh Bağırova bu epizod üzrə bəraət verməsini xahiş edin.
Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.
T.Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Sonra Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə yeni ittiham əlavə olunub (5 ilə qədər həbs). Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.
narimanov rayon m-kamasinin hakimi T.huseynova dost maktubu gondararak ondan T.Baqirova baraat verilmasini istayiram.Aydinca gorunur ki, hech da yumruq vurulmayib sadaca italamakla yolunu achmaq istayib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.