Türkiyə HHQ-nə aid F-16-lar PKK terror təşkilatının Zap və Metina düşərgələrini bombalayıb
19-12-2011 / 11:04
FaktXeber.com-un TRT-yə istinadən verdiyi məlumata görə, Türkiyənin Diyarbəkir II Taktika Hava Qüvvələri Komandanlığı 8-ci Qırıcı Bazasından qalxan F-16 təyyarələri PKK terror təşkilatının Zap və Metina düşərgələrini bomba yağışına tutub.
Yerli qaynaqlar təyyarələrin PKK terror təşkilatının bazalarını bombalaması xəbərini təsdiqləsə də, bombardman nəticəsində ölən və yaralanan PKK-çıların olub-olmadığı haqqında əlavə məlumat verməyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.