Türkiyədə sahibkarların qorxulu yuxusu olan cinayətkar dəstə futbol oynayarkən həbs olunub
19-12-2011 / 10:34
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbulda 3 ay izlədiyi cinayətkar şəbəkə üzvlərinin meydançada futbol oynadığını öyrənən polis əməliyyat keçirib. Tamaşaçı kimi oyunu izləyən polislər, 35-ci dəqiqəsində əməliyyat keçirib. Polis futbolçular arasında olan 6 dəstə üzvünü saxlayıb. Eyni anda Bursada da keçirilən əməliyyatda isə 2-si qadın olmaqla 3 nəfər tutulub. Ümumilikdə 9 nəfərin 3 ay ərzində 54 dükandan oğurluq etdiyi ortaya çıxıb.
Dükan sahiblərinin verdiyi ifadəyə görə, dükan qapısına yaxınlaşan avtomobildəki sürücü ünvan soruşurmuş. Dükan sahibi ünvanı deyərkən isə əllərində səbət olan şəxslər dükana girirmiş. Şübhəlilər, konturdan siqaretə, sosiskadan qatığa qədər tapdıqları hər şeyi səbətə doldurub qaçırlarmış.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.